Qəzaya uğrayan "Range Rover" qaz xəttinə də çırpılıb – Bakıda
Bakının Nəsimi rayonunu Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yol qəzası baş verib.
APA TV xəbər verir ki, "Range Rover" markalı minik avtomobili Hənifə Ələsgərov küçəsi ilə hərəkətdə olarkən "Yol ver" nişanının tələbini pozub. Nəticədə avtomobil M.Qaşqay küçəsilə hərəkətdə olan "Renault" markalı nəqliyyat vasitəsinə, daha sonra səkiyə və qaz borusuna çırpılıb. İlkin məlumata görə, H.Ələsgərov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsindəki işıqfor işləməyib. Bu zaman "Range Rover" həmin yolda olan "Yol ver" nişanının tələbini pozaraq işıqfordan keçib.
Əraziyə Nəsimi Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
1233
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1112
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1108
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
918
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
877
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
894