Qəzaya düşən maşın 2-yə bölündü: 7 yaralı - TOVUZDA

Tovuzda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Qovlar-Quşçu yolunda qeydə alınıb.
 
Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Sadıqov İxtiyar Vidadi oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə rayonun Aşağı Quşçu kənd sakini, 1954-cü il təvəllüdlü İsgəndərov İsgəndər Fərman oğlunun idarə etdiyi eyni markalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.

Sürücülər və avtomobillərdəki sərnişinlər müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Onlar Şəmkir rayon Tatarlı kənd sakini, 1989-cu il təvəllüdlü Sadıqova Nuranə Vaqif qızı, 2006-cı il təvəllüdlü Mustafayeva Nərminə Bəhmən qızı, 1963-cü il təvəllüdlü Nərimanova Bəsti Salam qızı, 1977-ci il təvəllüdlü Mustafayeva Aynurə Vidadi qızı və 2015-ci il təvəllüdlü Nərimanov Bayram Elşad oğludur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR