Qəzada ölən sürücünün yaxınları Şirvan xəstəxanasında dava saldı – HƏKİMLƏR DÖYÜLDÜ
Hacıqabulda baş vermiş ağır yol qəzasında sürücü ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşını “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Yoldan çıxan metalla yüklənmiş yük maşını daha sonra minik maşınını sürüyərək, onun üstünə aşıb. Qəza nəticəsində yük avtomobilinin sürücüsü Füzuli rayonunun Qaraxanbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Qəfər Qənimət oğlu Hüseynov Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanaya daxil olan sürücüyə ağır kəllə-beyin travması və beyinin daxilinin kəskin əzilməsi diaqnozu qoyulub. Əvvəllər açıq ürək əməliyyatı keçirən Qəfər Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.
Bundan qəzəblənən mərhumun yaxınları reanimasiya şöbəsinin və xəstəxananın qapılarının şüşələrini sındırıb, intensiv reanimasiya palatasına hücum edərək, komatoz vəziyyətdə olan xəstənin qoluna qoşulan sistemi sındırıb, həkimləri və sanitar xidmətçiləri isə döyüblər. Hazırda Şirvan Şəhər Polis Şöbəsinin tədqiqatçıları xuliqanlıq hadisəsi ilə əlaqədar araşdırma aparırlar. Mərhumun meyiti müayinə olunmaq üçün Şirvan morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək