Qətər Əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı – APA TV
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qətər Dövlətinin adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, ölkənizə və qardaş xalqınıza daha çox rifah və inkişaf, eləcə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin davamlı inkişafını diləyirəm" deyə məktubda bildirilib.
Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Prezident İlham Əliyevə təbrik məktubu göndərib. O, firavanlıq və xoşbəxtlik, davamlı sülh və sabitlik arzulayıb.
OXŞAR XƏBƏRLƏR
19:26
975
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
934
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1284
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
17:30
1317
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
17:28
1345
Şərurun hülüsü niyə bu qədər məşhurdur?
17:28
1050