Qəssab bıçağı ilə qardaşının ciyərini parçaladı!
Saatlı sakini qardaşını bıçaqlayaraq öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qırağlı kəndində qeydə alınıb. Rayonunu Qıraqlı kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Arif Səttar oğlu qardaşı Qıraqlı kənd sakini, 1961-ci il Əliyev Əbdülrəhman Səttar oğlunu və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Əliyeva Arzu Sədaqət qızını qəssab bıçağı ilə bıçaqlayıb. Hər iki şəxs ağır bıçaq xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq kürəyindən və qarın boşluğundan bıçaq xəsarəti alan Əbdülrəhman Əliyev əməliyyat stolunda keçinib. Onun həyat yoldaşı Arzu Əliyeva isə qolundan ağır bıçaq xəsarəti alıb.
Qətli törədən Arif Əliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib