Qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobusları dezinfeksiya edilib
Bakıətrafı qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobusları dezinfeksiya edilib.
Bununla yanaşı, sürücü kabinəsi olmayan avtobuslarda şəffaf arakəsmələr yaradılıb.
BNA-nın rəsmisi Mais Ağayevin APA TV-yə verdiyi məlumata görə, artıq sərnişindaşımalara cəlb edilən 2100-dən artıq avtobusda dezinfeksiya işləri həyata keçirilib.
Bildirilib ki, 91 və 92 nömrəli avtobusda istehsalçı tərəfindən quraşdırılan kabinələr mövcuddur. Digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır.
Eyni zamanda, 91 və 92 nömrəli marşrut xəttinə məxsus istehsalat bazasında 28 avtobus hər gün axşam saat 21:00-dan sonra yuyularaq dezinfeksiya edilir.
Qeyd edək ki, paytaxtda yerləşən 820-dən artıq avtobus yuyulduqdan sonra xəttə buraxılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1947
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1933
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2003
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1427
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2005
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2033