Qərar verildi: Elman Rüstəmovun yerinə o gəldi
Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Taleh Kazımov bank sahəsində uğurlu idarəedici kimi tanınır: “Bu təyinat komitə iclasında geniş müzakirə olunub. Dövlət başçısının bank sahəsi ilə bağlı geniş tapşırıqları var”.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Taleh Kazımovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.
Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ