“Qələbənin imza günü”: GÖRÜN BU SƏRGİDƏ NƏLƏR VAR
Space TV-nin Qurtuluş gününə həsr olunmuş “Qələbənin imza günü” adlı növbəti layihəsi baş tutub.
APA TV-nin xəbərinə görə, sərgidə Suqovuşanın, Şuşanın azad olunması zamanı şəhid döyüşçülərimizin, qazilərimizin, müharibə iştirakçılarının savaş dövründə divarlara əks etdirdikləri yazıların, avtoqrafların fotoları nümayiş etdirilib. Sərgidə ziyalılar, millət vəkilləri, Qarabağ qaziləri iştirak edib.
Tədbirdə çıxış edən Space TV-nin rəhbəri Müşviq Hətəmov bildirib ki, hər birimiz hər zaman Qurtuluş günündə özümüzə hesabat verməli, birliyimizi qorumalıyıq.
Millət vəkili Arzu Nağıyev isə Space TV rəhbərliyini yeni layihə münasibəti ilə təbrik edib. Daha sonra iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi 10 gün davam edəcək və bu müddət ərzində istəyən hər kəs “Space” televiziyasının binasına yaxınlaşaraq burada fotolarla tanış ola bilərlər.
Semral Cavad,
Ziya Allahyarov,
APA TV
OXŞAR XƏBƏRLƏR
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub