Qəbələdə yanğınla nəticələnən avtomobil qəzası baş verib
Qəbələ rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə Qəbələ rayonunun Yenikənd kəndində "Chevrolet" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Hadisə zamanı avtomobilin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda salona keçib. Dərhal hadisə yerinə FHN Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə nəticəsində avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı sürücünün müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov,
APA TV
OXŞAR XƏBƏRLƏR
13:54
329
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
340
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
1510
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1414
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1839
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1011