Qəbələdə təmir edilən xristian kilsəsi istifadəyə verildi
Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə bu münasibətlə noyabrın 7-də keçirilən mərasimdə Heydər Əliyev Fondunun nümayəndələri, rayonun rəhbər şəxsləri, Alban-Udi Dini İcmasının üzvləri, Azərbaycanda yaşayan xristianlar iştirak edib. Heydər Əliyev Fondunun memarı Zəhra Hacıyeva bildirib ki, bu gün biz Fondun “Tolerantlığın ünvanı- Azərbaycan” layihəsi çərçivəsində maddi-mədəni irsə, tarixi abidələrə verilən dəyərin şahidi oluruq.
Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məsçid var, xristianlarla müsəlmanlar bir yerdə həmişə mehriban yaşayırlar.
Alban Udi Dini İcmasının sədri Robert Mobili bildirib ki, bu gün tarixi bir gündür, Qəbələdə Müqəddəs Məryəm Ana Kilsəsi təmir və bərpa edildikdən sonra istifadəyə verilir.
Robert Mobili qeyd edib ki, xristianlıqda heç bir din xadimi müharibəyə, döyüşə çağırış edə bilməz.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”