Qəbələ sakini “Ginnesin rekordlar kitabı”na adını yazdırmağa hazırlaşır
Qəbələnin Çuxur Qəbələ kənd sakini Firavan Məmmədyarov yaşadığı kənddə yenilikçi bağban kimi tanınır.
Yerli sakinlərin “Azərbaycanın Miçurini” adlandırdıqları bağban xırda boylu — cırtdan ağaclar yetişdirib və həmin ağacların üzərində artıq yeni tumurcuqlar və güllər var.
Firavan kişi deyir ki, indiyə kimi bir gövdənin üzərində 100-dən çox alma növünü calaq etməsi onun üçün rekord sayıla bilər.
Hazırda Firavan Məmmədyarovun bağında 2 mindən artıq meyvə ağacı var ki, onlardan 300-dən çoxu fərqli növ meyvələrdir. Bağda seleksiya edilmiş yüzlərlə alma, armud, şaftalı və tut ağacına rast gəlmək olar.
Bağban tərəvəz bitkilərində də seleksiya aparıb. Ötən il 1 ədəd pomidor tağı üzərində 3 fərqli sort yetişdirən bağban indi bu sayı 5-ə çatdırmağı qarşısına məqsəd qoyub.
Müsahibimiz hazırda özünün sənət əsəri adlandırdığı yeni iş üzərində çalışdığını deyir. O bildirir ki, Gürcüstandan həmkarı gələcək və onlar birgə olaraq hələlik sirr olaraq saxladıqları növbəti seleksiyanı edəcəklər. Firavan kişi deyir ki, həmin qeyri-adi yeniliyi etdikdən sonra "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün müraciət edəcək.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı