Qazinin ayağını yandırdı, sonra da barmağını kəsdi
Bakıda fəaliyyət göstərən “HB Güven” klinikasında əməliyyat zamanı Vətən müharibəsi qazisi Hüseynov Ülvi Məsum oğlunun sağlam ayağı yanıb. Buna görə də qazi tibb müəssisəsini məhkəməyə verib. İddia edilir ki, qazinin “HB Güven”də ayağı amputasiya olunan zaman digər ayağı yandırılıb. Daha doğrusu, əməliyyat zamanı qanın qarşısını almaq üçün istifadə olunan cihaz partlayıb və qazinin ayağı xəsarət alıb. Bunun nəticəsində Ü.Hüseynovun ayağının bir barmağı da amputasiya olunub.
Əməliyyat tanınmış professor, travmotoloq Çingiz Əlizadənin rəhbərliyi ilə keçirilib. Çingiz Əlizadə isə bu işdə özünü günahkar hesab etmir.Bildirdi ki, elektrodeti vaxtı vaxtında yoxlamadan keçirirlər. Gündə 5-6 dəfə əməliyyat edilir. Bu aparat klinikaya standart gəlir. Onu mən evdə qurmuram.Burada mənim nə günahım var?”.
Qeyd edək ki, ötən il sentabrın 20-də əməliyyat edilən 22 yaşlı qazi məhkəməyə müraciət etməklə ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İşə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq. Xatırladaq ki, Ülvi Hüseynov ötən ilin aprelində “YAŞAT” fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər sırasında idi.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək