Qazaxıstandan Azərbaycana aviareyslər bərpa olunur
Azərbaycan və Qazaxıstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunur.
Heydər Əliyev Beynəlxalq Hava Limanından APA TV-yə verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 12:55-də Nur-Sultan-Bakı istiqaməti üzrə uçan təyyarə Bakıya eniş edib. Reys Qazaxıstanın "Air Astana" şirkəti tərəfindən yerinə yetirilib.
Qeyd olundu ki, bu istiqamət üzrə növbəti reys yanvarın 16-da yerinə yetiriləcək və təyyarə Bakıya saat 21:50-də eniş edəcək.
Hava limanından bildirilib ki, bu həftə cədvələ görə, Almatı-Bakı istiqaməti üzrə üç reysin həyata keçirilməsi nəzərdə tutulub – cümə axşamı, cümə və bazar günləri. Lakın onların yerinə yetirilib-yetirilməyəcəyi barədə dəqiq məlumat yoxdur.
"Bu reyslər cədvəldə nəzərdə tutulub, lakin onların yerinə yetirilməsi barədə dəqiq bir məlumat yoxdur. Çox güman ki, bu reyslər yenidən təxirə salınacaq", - aeroportdan bildirilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı