Qazaxıstanda təyyarə qəzası: ölü sayı çoxdur - TƏFƏRRÜAT
Qazaxıstanda təyyarə qəzaya uğrayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.
Nəticədə 15 nəfər həyatını itirib. Ölənlərdən biri Qazaxıstan Generallar Şurasının sədri Rustam Kaydarovdur.
Ölkənin Səhiyyə Nazirliyindən Uşaq Təcili Tibbi Yardım Mərkəzinə 8 uşağın müxtəlif xəsarətlərlə çatdırıldığı, daha sonra isə 5 yeniyetmənin yerləşdirildiyi açıqlanıb. Klinik Xəstəxanaya 17 nəfər son dərəcə ağır vəziyyətdə qəbul olunub.
Ölkəmizin Qazaxıstandakı səfirliyindən ölənlər arasında Azərbaycan vətəndaşlarının olmadığı bildirilib.
Təyyarədə 95 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarə paytaxt Nur-Sultan istiqamətində uçurmuş.
İlkin ehtimala görə, havaya qalxarkən idarəetmədən çıxan təyyarə iki beton hasarın arasından keçərək 2 mərtəbəli binaya çırpılıb.
Azərbaycan Prezidenti İlham Əliyev faciə ilə əlaqədar Qazaxıstanın dövlət başçısına başsağlığı verib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək