Qazaxıstanda nə baş verir? - Sabiq prezidentin qohumları tutuldu
Nazarbayevin qardaşı oğlu və keçmiş arvadı biznesi zəbt etməkdə şübhəli bilinir
Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı və onun keçmiş həyat yoldaşı ilə bağlı araşdırmalara başlayıb.
Vesti.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Korrupsiyaya Qarşı Mübarizə Xidməti biznesi basqın yolu ilə ələ keçirmə faktı ilə bağlı Kayrat Satıbaldı, onun keçmiş həyat yoldaşı Gülmira Satıbaldı və digər şəxslərə qarşı ibtidai istintaqa başlayıb”, - deyə məlumatda deyilir.
Martın 16-da Gülmira Satıbaldı saxlanılaraq Nur-Sultan şəhərindəki müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, Kayrat Satıbaldı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur və Forbes Kazakhstan jurnalının məlumatına görə, ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ