Qazaxda mübahisə edən şəxsləri barışdırmaq istəyən şəxs qətlə yetirildi
Qazaxda qətl hadisəsi törədilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində yerləşən stadionun yaxınlığında qeydə alınıb.
Belə ki, rayon sakini 26 yaşlı Əhməd Əhmədov şəhər sakini 34 yaşlı Zaur Hüseynovun ürəyindən bıçaqlayaraq onu qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən Əhməd Əhmədov könüllü polisə təslim olub.
Məlumata görə, hadisəyə Əhməd Əhmədovun Zaur Hüseynovun tanışı ilə münaqişəsi səbəb olub. Belə ki, Zaur onları barışdırmaq üçün bir yerə çağırıb. Bu zaman tərəflər arasında mübahisə daha da böyüyüb və Əhməd Əhmədov Zaur Hüseynovu öldürüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
16:28
433
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
538
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2556
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2302
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2292
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1479