Qazaxda karantin rejiminə əməl olunması ilə bağli tədbirlər keçirilir
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan Operativ Qərargahın üzvləri polis əməkdaşları ilə birlikdə əhalinin sıxlıq təşkil ərazilərdə marifləndirmə işləri aparırlar. Vətəndaşlara ehtiyac olmadığı hallarda evlərindən çıxmamaq tövsiyyə olunur.
APA Tv-nin yerli bürosunun xəbərinə görə, Qazax rayon polis şöbəsinin əməkdaşları küçə və prospektlərdə, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrası da davam edir. Martın 27-dən etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırıb.
Polis əməkdaşları bütün avtomobil sürücüləri ilə fərdi qaydada söhbətlər apararaq onları qeydiyyatda olduğu ərazi üzrə geri dönmələrini təmin edirlər.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir