Qazaxda ehtiyatsızlıq edən ər arvadını güllələdi
Qazax rayonunda qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.
Kənd sakini 49 yaşlı Ayaz Osmanlının ov tüfəngindən açdığı atəş həyat yoldaşı, 43 yaşlı Maral Osmanlıya dəyib. Qadın ağır gülə yarası ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, Ayaz Osmanlı təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyib və bu zaman barmağı tətiyə toxunaraq atəş açılıb. Nəticədə güllə qarşısında dayanan arvadı Maral Osmanlıya dəyib. 49 yaşlı Ayaz Osmanlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi