Qaz sızması zamanı baş verən partlayışda xəsarət alanlardan biri dünyasını dəyişdi - İMİŞLİDƏ
Bir müddət öncə İmişlidə qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanlardan biri dünyasını dəyişib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, vəziyyətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə göndərilən üç nəfərdən biri, Səfər Atakişiyevin həyatını xilas etmək mümkün olmayıb.
Partlayışda xəsarət alan digər 2 nəfərin müalicəsi davam etdirilir.
Xatırladaq ki, fevralın 17-də İmişli rayonunun Sarxanlı kəndində Tahir Atakişiyevə məxsus fərdi yaşayış evində qaz sızması zamanı güclü partlayış baş verib. Partlayış nəticəsində üç nəfər - ev sahibi 1961-ci il təvəllüdlü Tahir Atakişiyev, onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Ofeliya Atakişiyeva və ev sahibinin qardaşı 1963-cü il təvəllüdlü Səfər Atakişiyev yanıq xəsarətləri alıblar.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar