Qaz balonu partladı: qohumların vəziyyəti ağırdır

Samuxda iki yaxın qohum ağır xəsarətlər alıb. APA TV-nin qərb bürosunun məlumatına görə, onlar rayonun Salahlı kəndinin sakinləridir.

1961-ci il təvəllüdlü Şahbaz İlyas oğlu Abbasov evdə qaz balonunu düzəldən zaman partlayış baş verib. Nəticədə onun bütün bədəni yanıb.

Yaxınlıqda olan Ş. Abbasovun qardaşının həyat yoldaşı - 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı isə yuxarı ətrafın yanığı xəsarəti alıb.

Hər iki şəxs Gəncə şəhər Təcili-tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Ş. Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.

Qohumlar daha sonra Bakı şəhərində yerləşən yanıq xəstəxansına göndərilib.

Faklta bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR