Qaynının evindən pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Cəlilabadda qaynının evindən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Mirzəli kənd sakini olan bir qadın rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 1.200.000 rus rublu, 19.500 ABŞ dolları və 15.000 manat, həmçinin qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ev sahibinin qohumu olan Bakı şəhər sakini Elvin İbayev olduğu müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinın istintaq bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:38
146
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
772
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
900
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2880
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2336
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2331