Qaynı gənc ananı boğub öldürdü - 2 AYLIQ KÖRPƏ ANASIZ QALDI
Ağsuda iki aylıq körpənin anası qətlə yetirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə sentyabrın 6-da səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib.
Kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı və bibisi qızı olan 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Hadisəni törədən Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə bir evdə yaşayıblar. Kənd sakinlərinin məlumatına görə, Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub. Bundan xəbər tutan Nəriman hərbçi olan qardaşı Rauf Zahidovun həyat yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.
Xatırladaq ki, qətlə yetrilən Xumar Zahidova ötən il ailə qurub və iki aylıq körpəsi var. Hadisə zamanı onun həyat yoldaşı Rauf Zahidov evdə olmayıb. Qətli törədən Nəriman Zahidov könüllü olaraq Ağsu rayon Polis Şöbəsinə gedərək təslim olub.
Onun barəsində Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."