Qayınatasını, qayınanasını yandıran kürəkənin cəzası azaldıldı
Qayınatasını və qayınanasını öldürməyə cəhd etməyə görə həbs edilmiş Rövşən Tağıyev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.APA-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.Qərara əsasən, Rövşən Tağıyevin cəzası 18 ildən 17 ilə endirilib.Məlumatı təqsirləndirilən şəxsin vəkili Cavidan Hacıyev təsdiq edib.Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabr ayında Nəsimi rayonunda qeyd alınıb.İttihama görə, Rövşən Tağıyev sentyabrın 19-da arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.Rövşən Tağıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs verilmiş ittihamlarla təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
17:19
379
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
302
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
368
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
996
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
956
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1063