Qaydaları pozan sərnişin avtobusu qəza törətdi - YARALILAR VAR
Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Qazax magistralının 116-cı kilometrliyində Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu “İcarus” markalı sərnişin avtobusu böyük sürətlə hərəkətdə olarkən manevr qaydalarını pozub. Magistralda təmir işləri aparılması haqqında xəbərdaredici yol nişanlarına baxmayaraq sürəti azaltmayıb və mişar daşı ilə yüklü olan “Kamaz” markalı avtomobilə və asfaltbasan maşına çırpılıb. Nəticədə avtobusda olan 11 nəfər və asfaltbasan maşının sürücüsü, ümumilikdə 12 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Yaralıların daşınmasında Şirvan, Hacıqabul, Sabirabad təcili yardım avtomobilləri cəlb edilib. Hadisə yerinə Hacıqabul Yanğından mühafizə xidmətinin texnikası, canlı qüvvəsi və xilasediciləri cəlb edilib.
Qəza nəticəsində Bakı-Qazax magistralında 1 km-ə qədər tıxac yaranıb. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür. Yol təsərrüfatına dəyən ziyan aradan qaldırılır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI