“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib
“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib.
Bu barədə APA TV-yə Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov məlumat verib. O, Rauf Babayevin II Fəxri xiyabanda dəfn ediləcəyini deyib. Dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçiriləcək.
Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamalarını tövsiyə edir.
Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə anadan olub. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 2001-ci ildən isə "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi.
OXŞAR XƏBƏRLƏR
13:38
275
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
843
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
977
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2890
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2345
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2343