Qaxda zəncirvari qəza: 7 maşın toqquşdu

 

Qaxda yeddi avtomobilin iştirakı ilə zəncirvari qəza olub, bir nəfər xəsarət alıb.

 

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Qax-Zaqatala avtomobil yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində iritonnajlı iki yük maşını və beş minik avtomobilinin toqquşması ilə zəncirvari yol qəzası baş verib.

Qəza zamanı “Hyundai” markalı 99 HV 848 dövlət nömrə nişanlı yük maşınında sıxılmış vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ceyhun Xanəli oğlu Zeynalov Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyəti üzrə hadisə yerinə çağırılmış təcili yardım briqadasına təhvil verilib.

 

Ceyhun Zeynalov Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR