Qaxda yük və minik avtomobilləri toqquşdu – 3 YARALI

 

Qaxda yük və minik avtomobilləri toqquşub, nəticədə üç nəfər xəsarət alıb.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun Alatəmir kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax istiqamətində hərəkətdə olan Şəki sakini Elxan Səlimovun idarə etdiyi yük avtomobili qarşıdan gələn Qax sakininin sükanı arxasında olduğu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobili aşıb, onun sürücü Elxan Səlimov, həmçinin minik avtomobilində olan Qax sakinləri - 26 yaşlı Rahib Mənəfov və 27 yaşlı İlham Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR