Qaxda yaşayış evi yandı
Qaxda yaşayış evi yanıb.
APA TV-nin məlumatına görə, hadisə rayon sakini İsa İsayevin yaşadığı taxta konstruksiyadan ibarət, ümumi sahəsi 30 kv/m olan iki otaqlı evdə baş verib.
Yanğın nəticəsində yaşayış evi yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Ətrafdakı tikililər yanğından mühafizə olunub.
Ev sahibinin sözlərinə görə, onlar dünən ev əşyalarını da yığaraq yeni tikdikləri evə köçüblər. Bu səbəbdən də yanğın baş verən evdə ailə üzvlərindən heç kim olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
1171
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1762
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1769
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1508
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1633
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1589