Qaxda yaşayış evi yandı
Qaxda yaşayış evində yanğın olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində, Sabiddin Muradova məxsus fərdi yaşayış evində baş verib.
Yanğın zamanı ikiotaqlı evin 1 otağı və eyvanı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb. Evdə yaşayan İntiqam Muradovun sözlərinə görə, yanğın zamanı hər kəs yatdığından alovdan son anda xilas olublar.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1156
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1200
Növbəti köç karvanları yola salınıb
13:38
1212
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
952
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1083
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2992