Qaxda piyadanı vurub qaçan sürücü yaxalandı
Qaxda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
APA TV-nin Şimal-qərb bürosunun məlumatına görə, rayonun Turaclı kəndində piyadanı vurub hadisə yerindən qaçan sürücü rayonun Marsan kənd sakini Qalib Cumayev Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb.
Qeyd edək ki, ötən gün Qalib Cumayev idarə etdiyi “Tofaş” markalı minik avtomobili ilə rayonun Turaclı kəndində, kənd sakini 63 yaşlı Bayram Əliş oğlu Nəzərəliyevi vurub hadisə yerindən qaçmışdı. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Bayram Nəzərəliyevin müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində aparılır.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi