Qaxda hərəkətdə olan minik maşını yandı
Qaxda minik avtomobili yanıb.
APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Şəki avtomobil yolunun rayonun Əmbərçay kənd ərazisindən keçən hissəsində baş verib.
Şamaxı şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Elçin Əlibala oğlunun idarə etdiyi "VAZ21 011" markalı minik avtomobili hərəkətdə olarkən yanmağa başlayıb. Sürücünün sözlərinə görə o, avtomobildən düşdükdən sonra avtomobil tamamilə alışıb və hərəkət edərək yolun kənarına düşüb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı avtomobildə olan 500 Kq-a yaxın xurma və avtomobilin yanar konstruksiyaları tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə