Qaxda güclü yanğın
Qaxda pivə zavodunda yanğın baş verib.
APA TV-nin məlumatına görə, yanğın Qax şəhər ərazisində yerləşən, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Orxan İsmayılov məxsus pivə zavodunda baş verib.
Yanğın zavodun qazanxanasında yerləşən və buxar alınması üçün lazım olan qurğuda baş verib. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğının qazanxanaya bitişik və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, zavod bir ilə yaxındır fəaliyyətini dayandırıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:12
782
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
856
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
811
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1731
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2030
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1284