13:40 21 may 2022 233
Ana səhifə Xəbərlər

Qaxda dəhşətli qəza: İKİ NƏFƏR XƏSARƏT ALDI  

Qaxda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb.


APA TV-nin məlumatına görə, hadisə səhər saat 06 radələrində Qax-İlisu avtomibil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. 

 

Qax şəhər sakini, Hüseyn Hüseynli idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın  idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan iki sərnişin, rayonun İlisu kənd sakini 1998-ci il təvəllüdlü Tural Şəfi oğlu Rəşidov və Ənbərçay kənd sakini, 1993-cü il təvəllüdlü Rövşən Tacəddin oğlu Əhmədli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-stabil olduğu və müayinələrin aparıldığı bildirilir.


Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Vüqar Heydərov, 
Əhməd Fərruxoğlu,
APA. TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın