Qaxda avtomobil işıq dirəklərinə çırpılıb, 2 nəfər xəsarət alıb
Qaxda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində rayon sakini 30 yaşlı Zaur Alakulaşvili idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın prospektin gecə işıqlandırmasını təmin edən bir-neçə işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil yararsız vəziyyətə düşüb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin- Vedxo Mirzayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan xəsarət alanların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:58
321
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
332
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
338
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2174
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2112
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3241