Qaxda 23 yaşlı oğlan özündən bir yaş kiçik həmkəndlisini bıçaqladı
Qaxda kənd sakini öz həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Ləli kəndində qeydə alınıb. Kənd sakini 23 yaşlı Ruslan Ramazanov, həmkəndlisi 22 yaşlı Orxan Qəhrəmanova bıçaqla xəsarət yetirib. Həmkəndlisi tərəfindən bıçaqlanan Orxan Qəhrəmanov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Bıçaqlanan Orxan Qəhrəmanovun nənəsi Cəvahirət Ərəbovanın sözlərinə görə, nəvəsi Orxan sakit təbiətli, heç kimlə işi olmayan biri olub. O, nəvəsinin bu vaxta qədər heç kimlə mübahisə və ya dava etmədiyini bildirib. Orxan Qəhrəmanov bıçaqlayan Ruslan Ramazanov keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi