Qaxa istirahətə gedənlər cərimələndi
Qaxa istirahətə gedən 9 nəfər cərimələnib.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirilib.
Bu zaman istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.
Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub.
Şənbə və bazar günləri ərzində ümumilikdə 9 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.
OXŞAR XƏBƏRLƏR
11:43
372
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
375
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
386
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1264
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1848
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1858