Qarşıda 9 yarış gözlənilir
12-16 fevral 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında nazirliyin qurumları arasında komanda və fərdi birincilik üzrə şahmat çempionatı keçirilib. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 20 komanda olmaqla 70 əməkdaşı iştirak edib. Tədbirin bağlanış mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, ötən əsrin 60-cı illərindən sonra şahmat ölkəmizdə kütləviləşməyə başlayıb. 5 gün davam edən yarışda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Fərdi yarışlarda çempion adını Fövqəladə Hallar Nazirliyinin Akademiyası komandasının əməkdaşı Hüseynli Cəbrayıl qazanıb. İkinci yerə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi komandasının əməkdaşı Adıgözəlov Səid, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidməti komandasının əməkdaşı İskəndərli Cavid sahib olublar. Çempionatda uğur qazanan komandalar və iştirakçılar təltif olunublar.
SÜNBÜL HÜSEYNOVA ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
Şərurun hülüsü niyə bu qədər məşhurdur?