Qarlı-şaxtalı hava rayonu qazsız qoydu
Son günlər ölkə ərazisində havanın soyuq keçməsi, bəzi rayonların qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Bu rayonlardan biri də Yardımlıdır. Soyuq hava səbəbindən rayon ərazisindəki qaz xətlərində baş verən nasazlıqlar və sızmalar yaşayış məntəqələrini qazsız qoyub.
Kənd sakinləri yanacağa olan tələbatın ödənilməsi üçün həyətlərində olan qurumuş meyvə ağaclarını kəsib, oduncaq kimi istifadə edirlər.
Qaz təchizatında olan problemləri aradan qaldırmaq üçün Yardımlı xidmət sahəsinin əməkdaşlarından ibarət iki briqada və texnikalar ərazilərə səfərbər olunub.
Sızmalar əsasən orta təzyiqli qaz kəmərlərində baş verib. Xidmət əməkdaşları borulardakı sızmaları qaynaq edir, bəzi avadanlıqları yenisi ilə əvəzləyirlər.
Hazırda Lənkəran Regional qaz istismar idarəsinin Yardımlı Xidmət sahəsi gücləndirilmiş iş rejimində çalışır.
Qısa zamanda problemlərin aradan qaldırılması üçün işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək