Qarlı-şaxtalı hava kəndləri işıqsız qoydu
Son günlər ölkənin şimal-qərb bölgəsində keçən qeyri-sabit hava şəraiti səbəbindən, Qax rayonunun rayon mərkəzindən 12-20 km uzaq məsafədə dağətəyi və dağlıq ərazidə yerləşən İlisu və Sarıbaş kəndlərinə qar yağıb, ərazidə havanın hərarəti mənfi 5-8 dərəcəyə qədər aşağı düşüb. Qarlı, şaxtalı hava səbəbindən sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Yerli sakinlər bildirirlər ki, kəndlərə elektrik enerjisinin verilməsində yaranan fasiləyə səbəb qarlı-şaxtalı hava şəraitində elektrik naqillərinin donaraq qırılmasıdır.
Vəziyyətlə bağlı “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə cəlb edilib, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.
“Azərişıq” ASC-dən o da bildirilib ki, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək