Qarlı havada necə gəzək ki, yıxılmayaq? - Addımınızı mütləq belə atın
Qar yağdı, hava şəraiti pisləşdi. Proqnozlara görə qarlı, buzlu-şaxtalı hava bir neçə gün davam edəcək. Bu cür havalarda isə həm avtomobil qəzaları, həm də müxtəlif dərəcəli xəsarətlər alan piyadaların sayı kəskin şəkildə artır. Səkilərin təmizlənməməsi, pilləkənlərin sürüşkənliyi isə piyadalar üçün vəziyyəti daha da ağırlaşdırır. Bəs bu cür təhlükəli hallarla qarşılaşmamaq üçün nə etməliyik?
Fizioterapevt Əziz Dəvrişov bildirdi ki, bu cür halda ayaqqabı seçimi çox önəmlidir. O, altı sürüşkən olmayan, sürüşmənin qarşısını alan botlardan istifadə etməyi tövsiyə edir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, qarlı-şaxtalı hava da piyada hərəkət edənlər buzlu səkilərdən uzaq durmalı, sürüşkən döşəmə materiallarından ibarət küçələrdə ehtiyatlı olmalı, piyada keçidlərindən isə avtomobillərin seyrək hərəkəti zamanı istifadə edilməlidir. Ekspert xüsusilə yaşlı insanların küçəyə çıxmamasını tövsiyə edir.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb