Qardaşını buna görə transformatora salıb öldürübmüş... - SƏBƏB
Bərdədə tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyevlə birləşərək qardaşı Səxavət Nəzərovu öldürən 1984-cü il təvəllüdlü İnayət Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə 18 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Belə ki, İnayət dostu Şəhriyarla qabaqcadan əlbir olaraq Hacallı kəndi ərazisindəki subartezian quyusunun yanında qardaşı Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.
Hadisənin baş verməsinə isə qısqanclıq səbəb olub. Bu barədə İnayət Nəzərovun özü məhkəmədə ifadəsində bildirib. O qeyd edib ki, ötən ilin fevralında qardaşı Səxavət Nəzərov onun arvadı ilə cinsi əlaqədə olub və bunu gözləri ilə görüb.
Hadisədən sonra İnayət arvadı ilə boşanıb. Bundan sonra İnayət Nəzərovun qardaşı Səxavətlə münasibəti kəskinləşib, hətta Səxavəti döyərək ona xəsarət yetirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi