Qardaş qardaşını niyə öldürüb? - MASALLIDAKI QƏTLİN TƏFƏRRÜATI
Ötən gün Masallıda qardaşın öz qardaşını öldürərək həyətdə basdırmasının bəzi detalları məlum olub.
APA TV-nin yerli bürosunu xəbərinə görə, rayonun Ərkivan kənd sakini, 1978-ci il təvəllüdlü Qalib Cəbiyev yanvar ayının 3-də naməlum şəraitdə itkin düşüb. Bununla bağlı 2 gün sonra həmin şəxsin qardaşı İlqar Cəbiyev Polis Şöbəsinə müraciət edib. Müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, yanvarın 3-də, gecə saatlarında Qalib Cəbiyevlə qardaşı, 1983-cü il təvəllüdlü Seyfulla arasında mübahisə düşüb. Bu zaman başı su çəninə dəyən Qalib Cəbiyev dünyasını dəyişib. Seyfulla Cəbiyev törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə qardaşının meyitini birgə yaşadıqları evin həyətyanı sahəsində basdırıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyit basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı