Qaranlıqdan istifadə edən azyaşlı görün nə edirmiş
Masallıda avtoxuliqanlıq edib, görüntülərini sosial şəbəkədə paylaşan şəxs müəyyən edilib.
APA TV-nin cənub bürosu xəbər verir ki, sosial şəbəkədə sutkanın qaranlıq vaxtlarında Masallı şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünün görüntüləri paylaşılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, sözügedən görüntülərlə bağlı Masallı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi və sükan arxasında olan şəxs müəyyən edilib. Həmin şəxsin Masallı rayon sakini olan bir nəfər azyaşlı olduğu müəyyən edilib. İdarəetmə hüququ olmadan sürdüyü “VAZ - 2107” markalı avtomobillə dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində müvafiq qaydada tədbirlər görülüb.
Ilkin Rzayev
Rövşən Almazoğlu
APA tv Masallı
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək