13:19 26 yanvar 2022 254
Ana səhifə Xəbərlər

Qarabağdakı məzar yerləri dronlarla tapılacaq

“Vətən müharibəsində əldə edilmiş möhtəşəm zəfərdən sonra I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın tapılması ilə bağlı Dövlət Komissiyasına, o cümlədən aidiyyəti dövlət qurumlarına müraciətlərinin sayı artıb”.
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, bu müraciətlər üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra başlayıb: 
Sitat:
“Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Dövlət Komissiyası işğaldan azad olunmuş ərazilərdəki məzar yerlərində müvafiq işlərin aparılmasına ilk günlərdən hazırlaşmağa başlayıb. Bu sahədə vəziyyət təhlil edilib və ölkə rəhbərliyinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət xüsusi heyət yaradılıb”. SİTATIN SONU
İsmayıl Axundov diqqətə çatdırıb ki, bu heyətin qarşısında duran əsas vəzifə Dövlət Komissiyasında toplanmış və gələcəkdə əldə ediləcək məlumatlar əsasında axtarış işlərinin aparılmasından, məzar yerlərinin müəyyən edilməsindən, ekshumasiya və eyniləşdirmə işlərinin aparılmasından ibarətdir. O bildirib ki, komissiyanın sədri Əli Nağıyevin tapşırığı ilə axtarış işlərinin aparılması üçün ən müasir texnologiyaların tətbiqi də nəzərdə tutulur. Bu məqsədlə artıq dünyada mövcud olan müvafiq dron texnologiyasından istifadə edilməsi üçün hazırlıq işləri aparılır. 
İsmayıl Axundovun sözlərinə görə, dronlar artıq alınıb və ölkəmizə gətirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın