Qarabağdakı kütləvi məzarlıqları dünya ictimaiyyətinə necə çatdıraq? - DEPUTATDAN TƏKLİF
“Son zamanlar azad olunmuş ərazilərdə tapılmış kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsində törədilən cinayətləri üzə çıxarır”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, bu kütləvi məzarlıqların gələcəkdə də aşkarlanması faktları olacaq: “Biz bunların əlavə gücləndirici faktlar və dəlillər kimi beynəlxalq məhkəmələrdə istifadəsini nəzərdən keçirməliyik. Çünki burada mülki insanlara qarşı törədilmiş cinayətlərdən söhbət gedir, planlaşdırılmış cinayətlər olub. Xüsusilə bu gün biz Ukraynada mülki insanlara qarşı belə cinayətlərin törədildiyinin şahidiyik və dünya ictimaiyyəti tərəfindən buna olan reaksiyaları görürük. Buna görə biz də Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayətləri yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu minvalla əlləri azərbaycanlıların qanına batmış Sarkisyan, Köçəryan, Balayan kimi şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ