Qarabağda inanılmaz sayda yeni iş yeri: Hazır olun
Qarabağ iqtisadi rayonunda 2030-cu ilə qədər təxminən 150 000-ə yaxın iş yerinin açılması proqnozlaşdırılır.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı elmi-praktik konfransda çıxışında deyib.
Onun sözlərinə görə, iş yerlərinin əsasən sənaye parkları, kənd təsərrüfatı, mədənçıxarma, turizm sektoru və s. üzrə təşkil olunması nəzərdə tutulur.
Emin Hüseynov bildirib ki, artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır.
Ağdam və Füzuli şəhərlərinin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu qeyd edən Emin Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”-deyə, o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı