Qarabağ zəfəri ilə bağlı film çəkiləcək – TÜRKİYƏ İLƏ BİRGƏ
“30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq”.
APA TV-nin məlumatına görə, bunu “TRT Haber”ə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O qeyd edib ki, bu mövzuda keyfiyyətli filmlərə ehtiyac var: “Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək”.
Nazir bildirib ki, işğaldan azad edilən torpaqlar yenidən inşa ediləcək: "Biz bunu qardaş Türkiyə ilə birgə eləmək, bərpa işlərində də türk qardaşlarımızla birlikdə çalışmaq istəyirik. Bununla bağlı Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı) arasında müqavilə imzalandı. Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik”.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar