“Qarabağ” - “Seviliya” - OYUN ÖNCƏSİ PROQNOZLAR
“Avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Seviliya” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Stadionun kassalarında biletlərin böyük əksəriyyəti artıq satılıb”.
Oyuna maraq böyükdür, azsaylı biletlərin də oyun başlanana qədər satılacağı şübhəsizdir. Günorta saatlarında stadion ətrafında çoxlu sayda “Qarabağ” azarkeşlərinə rast gəlməsək də, bilet almağa gələnlərin çoxu “Qarabağ”ın sərfəli nəticə qazanacağına ümidlidir: “Ən azı heç-heçə gözləyirik. “Atletiko” ilə oyunlarda hər kəs ispanları favorit hesab edirdi. İndi də rəqib İspaniya təmsilçisi - “Seviliya”dır. Bu oyunda da ən azı heç-heçə gözləyirik”.
“Heç-heçə fikirləşirəm. “Seviliya” Avropa Liqasını 3 dəfə qazanan klubudur. “Qarabağ”la “Seviliya”nı heç cür müqayisə etmək olmaz. Çünki təcrübə öz sözünü deyir. Ona görə bugünkü oyunda “Seviliya” bir addım öndədir. “Seviliya”nı şanslı görürəm”.
“Mən bütün “Qarabağ” azarkeşlərinə uğurlar arzulayıram. İnşallah, “Qarabağ” Mahirin driblinqləri ilə hər şeyi göstərər. İnşallah, bu gün qələbə çalarıq”.
“Ən azından “Atletiko” ilə görüşdəki tarixi nəticəni gözləyirik. Düşünürəm ki, “Seviliya” heç də “Atletiko”dan güclü komanda deyil. Yəni, qələbə gözləyirik. Ən azından heç-heçə gözləyirəm. “Qarabağ”a uğurlar arzulayıram”.
“Təbii ki, biz “Qarabağ”dan həmişə yaxşı nəticə görmüşük. Son dövrlərdə yaxşı nəticələri olur. Yəqin ki, bu gün də elə olacaq. “Sevilya” da güclü komandadır. Bunu hamı bilir. İspaniya ilə Azərbaycan arasında xeyli fərq var. Bizim futbolda da inkişaf var. Biz həmişə “Qarabağ”la fəxr edirik. Astaradan oyunu izləmək üçün gəlmişik. Yəqin, Mahir Mədətov yenə bizi sevindirəcək”.
“Qarabağ” çox qol vurar. “Qarabağ” qələbə qazanar”.
Xatırladaq ki, “Qarabağ” - “Sevilya” matçını Yeven Aranovskinin rəhbərlik etdiyi ukraynalı hakimlər briqadası idarə edəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."