“Qarabağ” seriyanı və liderliyi davam etdirə biləcəkmi?
Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.
APA TV xəbər verir ki, saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxacaq.
İlk iki görüşdə 4 xal toplayaraq H qrupuna liderlik edən Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan “Kayrat”ı qəbul edəcək. Cari mövsüm nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görən “Qarabağ” Qazaxıstan klubu önündə həm bu seriyanı, həm də liderliyini davam etdirmək niyyətindədir.
Qrupun ilk turunda “Bazel”i (0:0) Bakı Olimpiya Stadionunda qəbul edən təmsilçimiz, “Kayrat”la Tofiq Bəhramov adına Respublika Stadionunda münasibətlərinə aydınlıq gətirəcək.
Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.
“Qarabağ” IV tur çərçivəsində “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.
Oyunun baş hakimi Ukraynalı Yevgeni Aranovskidir.
Qeyd edək ki, oyun saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib