Qarabağ qazilərinə avtomobillər təqdim edilib
Qarabağ müharibəsi əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən növbəti dəfə “Xəzər” markalı 50 avtomobil təqdim olunub.
APA TV-nin məlumatına görə, bununla da avtomobil sahibi olan Qarabağ müharibəsi əlillərinin sayı cari ildə 330 nəfərə çatıb: Avtomobil sahibi olanlar sevinc hisslərini gizlətməyib: “Əfqanıstan müharibəsinin əliliyəm. 54 yaşım var. Bu günü çoxdan gözləyirdik. Bu gün mənim sevincimin həddi hüdudu yoxdur”.
“İndi yaxşı hisslər keçirirəm. 5 ildir ki növbəyə durmuşdum”.
Nazir müavini Anar Əliyev nazirlik tərəfindən bu kimi tədbirlərin gələcəkdə də həyata keçiriləcəyini bildirib. O, qeyd etdi ki, cari il əlilliyi olan şəxslərə 600 yeni avtomobilin verilməsi planlaşdırılır: “Bu proqram müharibə əlillərinin və şəhid ailələrinin mənzil və avtomobillərlə təmin olunması proqramıdır. Keçən il bu proqram çərçivəsində əvvəlki illərə nisbətdə 6 dəfədən çox genişləndirilmişdir. Bu kateqoriyadan olan şəxslərə 626 mənzil verilmişdi. Bu il 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Bu günə qədər isə 110 mənzil təqdim edilib”.
Nazir müavini bildirib ki, nazirlik tərəfindən qısa müddətdə satınalma prosedurları başa çatdıqdan sonra mənzillərin təqdim edilməsi davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."